“Dini etiqad azadlığı haqqında” qanuna 19 dəyişiklik
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, komitənin sədri Rəbiyyət Aslanova bildirib ki, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və ötən müddət ərzində qanuna bir sıra dəyişikliklər edilib: “Zamanın tələblərindən irəli gəlmiş bu dəyişikliklər din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərində mühüm rol oynayıb”.
Yeni layihədə qanunun müvafiq maddələrində 19 dəyişiklik nəzərdə tutulub. Qanunun peşəkar dini fəaliyyətlə bağlı maddəsinə edilən dəyişiklikdə deyilir: “Peşəkar dini fəaliyyət dini tərbiyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir”.
Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər.
Əlavələrə əsasən dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.
Deputatlardan İqbal Ağazadə, Astan Şahverdiyev müzakirə edilən qanun layihələrinə dair fikirlərini bildiriblər. Sonda hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Oxşar yazılar

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10
Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38