Bakı Neft Emalı Zavodunun yeraltı anbarı əsl təhlükə mənbəyinə çevrilib
01 iyun 2011 13:06 (UTC +04:00)

Bakı Neft Emalı Zavodunun yeraltı anbarı əsl təhlükə mənbəyinə çevrilib

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə 21 nömrəli “ED-AVQ-6” qurğusunda aparat və avadanlıqların drenaj edilməsi zamanı neft məhsullarının yığıldığı yeraltı anbarın tutumunun dəyişdirilməsi işinə başlanılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qurğunun ərazisində quraşdırılmış bu yeraltı anbar uzun illər istifadə olunduğundan istismar müddətini başa vurub və aşınmaya məruz qalaraq əsl təhlükə mənbəyinə çevrilib.

Bütün bunlar nəzərə alınaraq həmin yeraltı anbarın ləğv olunması istiqamətində işlərə başlanılıb. Eyni zamanda “ED-AVQ-6” qurğusunun yerləşdiyi ərazidən kənarda, germetikliyi ilə seçilən 2 ədəd 38 kubmetr həcmli yeni yeraltı anbarın quraşdırılması işlərinə başlanılıb. Tikinti işləri artıq başa çatmaq üzrədir. Əvvəlkilərdən fərqli olaraq, neft məhsulları yeni anbarlardan azotun vasitəsilə yaranan təzyiq hesabına nəql ediləcək və bu da enerjiyə qənaət etməyə imkan verəcək. Köhnə anbarlarda istifadə olunan nasoslar xeyli enerji sərfinə səbəb olub. Bundan sonra nasoslardan ancaq qurğuda qəza vəziyyəti yarandıqda istifadə ediləcək. Ərazidə yanğın təhlükəsizliyinin qarşısını maksimum almaq üçün betonlama işləri yerinə yetirilib, təmizlik, abadlıq işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29