Pensiya islahatları ilə bağlı dəyirmi masa keçirilib
0
0
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən YAP İcra katibi Əli Əhmədov aparılan pensiya islahatlarının əhalinin yaşlı təbəqəsinin həyatında oynayacağı müsbət rola toxunaraq qeyd edib ki, pensiya sistemi cəmiyyətdə ictimai ahəngdarlığı təmin edən əsas vasitələrdən biridir. O bildirib ki, pensiya sistemi vasitəsilə əhalinin işləyən kəsimi işləməyən kəsimin həyatını normal qurmasına öz töhfəsini verərək, cəmiyyətin ahəngdarlığını qoruyub saxlayır.
Daha sonra çıxış edən DSMF rəhbəri Səlim Müslümov hakim partiya rəhbərliyinə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində apardıqları işlərdən dolayı təşəkkürü bildirib. O bildirib ki, pensiya islahatları ilə bağlı görülən işlərin tarixi 10 ilə yaxındır. S,Müslümov deyib ki, 2001-ci ildən əhalinin pensiya alan kəsiminin güzəranının daha da yaxşılaşdırılması üçün islahatlar aparılmasına başlanılıb. O, 2001-ci ildən bu yana pensiya sahəsində görülən işləri, qəbul edilən qanunları ardıcıllıqla sadalayaraq, qeyd etdi ki, 10 il ərzində pensiya sahəsində qəbul edilən bu qədər qanun əhalinin təqaüdçü kəsiminin rifahının yüksəldilməsinə xidmət edir.
S.Müslümov deyib ki, Azərbaycanda pensiya islahatları şok effekti ilə deyil, mərhələlər şəklində aparılıb ki, bu da əhalinin islahatlar sistemini tam mənada qavramasına yardımçı olub. O deyib ki, yeni sistemin fəaliyyətə başlamasından bu yana DSMF-nin büdcəsi artaraq, 2 milyard manatdan çox olub. Bu isə Ermənistanın büdcəsi həcmində məbləğdir.
S.Müslümov pensiya islahatlarının yeni hesablama qaydaları ilə bağlı geniş məlumat verərək bildirdi ki, 2006-cı ilə qədər pensiyaya çıxanların 45 faizi, 2006-cı ildən 2010-cu ilə qədər pensiyaya çıxanların isə 48,9 faizi minimum miqdarda pensiya alır. Yeni hesablama sisteminə əsasən, minimum pensiya alan şəxslərin təqaüdləri iki dəfəyə qədər artacaq. Orta aylıq pensiya məbləği 144 manata qalxacaq.
DSFM sədri deyib ki, bundan sonra rəhbərlik etdiyi qurumun qarşısında duran əsas məsələ islahatların tam mənada sistemə tətbiq edilməsidir. O qeyd edib ki, bununla bağlı Dünya Bankı ilə birgə tender layihə həyata keçirəcəklər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni pensiya sisteminin təqaüdçülərə olan faydasından danışaraq bildirib ki, Azərbaycanda aparılan iqtisadi siyasət sosial siyasətlə birlikdə aparılır. Bu da əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır. Z.Səmədzadə deyib ki, gələn ilin büdcəsinə artırılan 3,5 milyard manat pul vəsaiti ölkədə inflyasiya təzyiqlərinin yaranmasına səbəb olacaq, bu isə ən çox pensiyaçılara zərər verir. Bu baxımdan yeni pensiya islahatlarının təqaüdçülərin həyatına nə qədər önəmli xeyir verdiyini demək olar.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də keçirilən təqdimatın əhəmiyyətindən bəhs edərək deyib ki, yeni pensiya islahatlarının cəmiyyətə aydın şəkildə çatdırılması üçün belə tədbirlərin keçirilməsini davam etmək lazımdır. O da bu günə qədər ölkədə keçirilən sosial sığorta və pensiya islahatları barədə məlumat verərək, Azərbaycanda gedən sosial islahatların çox çətin və ağrılı keçdiyini bildirib. H.Rəcəbli onu da vurğulayıb ki, Azərbaycanda DSFM-nin büdcəsinə dövlət büdcəsindən daxil olan pulun miqdarı 40 faizə qədərdir ki, bu da o qədər də xoş hal deyil. O bildirib ki, büdcədən ayrılan maliyyənin miqdarı azalsa, daha yaxşı olar.
Tədbir digər qonaqların çıxışları ilə yekunlaşıb.
Anar GƏRAYLI