Bələdiyyələrə dair sorğu keçirilir
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəffaflığın artırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması” layihəsinin icrasını davam etdirir. Lent.az-ın məlumatına görə, 5 ay müddətində nəzərdə tutulan layihənin birinci mərhələsinə uyğun olaraq, bələdiyyə üzvləri və qulluqçuları arasında sorğular keçirilir.
Sorğu vərəqlərinə 12 sual daxil edilib. Burada bələdiyyələrin ümumi fəaliyyəti, ictimai münasibətlərin inkişafı, vətəndaş cəmiyyəti institutları ilə əlaqələri, bələdiyyələrin informasiya aşıqlığı, büdcənin ictimai müzakirəsinin aparılıb-aparılmaması və bələdiyyələrdə ictimai münasibətlərin inkişafına hansı yollarla nail olunması ilə bağlı suallar yer alıb.
Layihənin rəhbəri Rəfail Becanov bildirib ki, sorğulara başlanılmazdan əvvəl Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə də Quba, Şabran, Qusar və Xudat şəhər bələdiyyələrində layihənin birinci mərhələsində sorğular keçirilməsi ilə bağlı müraciət edilib.
Sorğular artıq Şabran və Xudat bələdiyyələrində başa çatıb. Layihə rəhbəri bildirib ki, növbəti mərhələdə sorğular Quba və Qusar bələdiyyələrində keçiriləcək.

Oxşar yazılar

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10
Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38