(R) Rəcəb - narahatlıq və əsəbilikdən qurtulma fürsəti
İnsanın mənəvi ehtiyaclarını gözəl bilən Uca Yaradan, həyat yolu boyunca bu cür dayanacaq qərar vermişdir insan üçün. Bu sırada rəcəb ayı xüsusi yer tutur. Ayların sultanı olan mübarək Ramazan ayına hazırlıq üçün ilk imkan, ilk fürsətdir rəcəb ayı. İl ərzində insanın ruhuna hopmuş toz-torpağın, narahatlıqların, əsəbiliklərin, vəsvəsələrin təmizlənməsi məqamıdır rəcəb ayı. Axı əsəbilik, narahatlıq nədən hopur insanın canına? İnsan öz yüksək insanlıq məqamını unudanda, xırdaçılıq edəndə, qəlbini kiçildəndə. Və rəcəbin təmizləyici enerjisi insanı özünə qaytarır. İnsan düşünüb-daşınır, dünənədək iri, bəzən nəhəng görünən problemlər onun gözündə kiçilir. Həyatına yenidən nəzər salır. Öz müsbət və mənfi cəhətlərini təhlil edir. Özünəməxsus mənəvi balansı tərtib etdikdən sonra, həyat yoluna davam edir.
Təsadüfi deyil ki, rəcəb ayında oruc tutmaq bəyənilir. Axı insan oruc tutanda, acların, fəqirlərin halını anlayır, həqiqi çətinliklərin nə olduğunu yaxından dərk edir. O, başa düşür ki, ehtiyaclılıq əslində nə deməkdir.
Rəcəb ayında sədəqə vermək bəyənilmişdir. Əlbəttə, xeyriyyəçilik, ehtiyaclı insanlara kömək etmək – hər bir vaxt təqdirəlayiqdir, amma bəzi hallarda Uca Yaradan yaxşı işlərə vurğu edir, insanı yaxşı işlərə xüsusi dəvət edir.
Rəcəb ayında insanın edə biləcəyi ən əsas işlərdən biri – yaşadığı həyatına diqqət etmək, getdiyi ömür yolu haqqında düşünməkdir. Belə isə, rəcəb ayını düşüncə ilə, təfəkkürlə yaşayanlardan, narahatlıq və əsəbiliklərdən qurtulanlardan olaq!
Ay təqviminə görə, bu il Rəcəb ayının başlanğıcı - iyun ayının 3-nə, yaxud 4-nə təsadüf edir (yeni Ayın vizual görünməsindən asılı olaraq)

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59