Universitet tələbələri yarışacaqlar
Xəzər İntellektual Gənclər Klubu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Universitet liqası” layihəsinin həyata keçirilməsinə start verir. Lent.az-ın məlumatına görə, ilk turnir 4 iyunda Bakı Dövlət Universitetində təşkil olunacaq. Həmin gün baş tutacaq breyn-rinq çempionatı universitetin Tələbə Həmkarlar Təşkilatı ilə birgə keçiriləcək və Xəzər İntellektual Gənclər Klubunun 10 illik yubileyinə həsr olunacaq.
Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən universitetlərdə yeni intellektual oyunlar klublarının yaradılması, müxtəlif turnirlərin və tədris-konsultativ seminarların keçirilməsi planlaşdırılır. Xəzər klubunun sədri Seymur Teymurovun verdiyi məlumata görə, 2010-cu ildə həyata keçirdikləri analoji layihədə BDU, Slavyan Universiteti və Texniki Universitetdə intellektual oyunlar üzrə klublar artıq yaradılıb və hər şənbə və bazar günləri həmin klublarda yarışlar təşkil edilir.
Xəzər İntellektual Gənclər Klubu yeni layihə çərçivəsində klublarda iştirakçıların sayını daha da genişləndirməyi və oyunları intesnivləşdirməyi planlaşdırır. Layihə 2011-ci ilin sonuna qədər davam etdiriləcək.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59