
Azərbaycandan Həcc ziyarətinin qiyməti artıb
Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün qiymətlər bahalaşıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. O, qiymətlərin artmasının Səudiyyə Ərəbistanında otel xidmətlərinin bahalaşması ilə əlaqədar olduğunu deyib: “Müqəddəs ziyarətə avtobusla gedənlər keçən il 2500 manat ödəyirdisə, bu il 150 manat daha çox, yəni 2650 manat ödəməli olacaq. Təyyarə ilə gedənlər isə keçən ilkindən 250 manat çox, yəni 3750 manat ödəməlidir. Keçən il analoji qiymət 3500 manat idi”.
M. Payızov Həcc ziyarəti üçün QMİ-də sənəd qəbulunun başlandığını deyib. Onun sözlərinə görə, bu il ayrılmış kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək.
M. Payızov Həcc ziyarəti üçün QMİ-də sənəd qəbulunun başlandığını deyib. Onun sözlərinə görə, bu il ayrılmış kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000-2200 nəfər gedəcək.
Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46