Binəqədidə narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO
03 iyun 2011 20:38 (UTC +04:00)

Binəqədidə narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın iclası keçirilib.


Lent.az xəbər verir ki, RİH başçısı Alı Qocayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırıb.


RİH başçısının müavini və sözügedən Komissiyanın sədri Eldar Ağayev keçən dövr ərzində rayon üzrə narkomaniyaya qarşı mübarizə üzrə həyata keçirilmiş profilaktik tədbirlər barədə məruzə ilə çıxış edib.


Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquluyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə hələ 1996-cı ildə Heydər Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını və hazırda bu sahədə mükəmməl hüquqi bazanın təkmilləşdirildiyini qeyd ediblər.


Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Bəxtiyar Bayramov, Müasir Psixologiya Mərkəzinin psixoloqu Fuad Bayramov və Bakı İslam Universitetinin müəllimi, ilahiyyatçı Əli Şərbətov yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü vurğulayıblar.
Sonda rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Narkomaniya bəlası əleyhinə” mövzusunda inşa müsabiqəsinin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446

Oxşar yazılar