Kəmaləddin Heydərov koreyalı həmkarını qəbul edib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 2-4 iyun tarixlərində ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon-Sonun rəhbərlik etdiyi nümayəndə heyətini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Koreya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi qeyd edilib və mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb.
Eyni zamanda habelə hər iki qurum arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi və fövqəladə halların idarə olunması sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılıb.
Səfər proqramına uyğun olaraq, təcrübə mübadiləsinin aparılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlıq həyata keçirilib.

Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46