Təhsil Nazirliyi ADU-da imtahanların gedişi ilə bağlı sorğu keçirdi - FOTO
İyunun 13-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişini izləyib.
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1 saylı İngilis dili fakültəsinin II kursunda “Pedaqogika”, “Orta oxu və nitq”, “Azərbaycan ədəbiyyatı”, “Riyaziyyatın ibtidai kursu” və “Rus ədəbiyyatı tarixi” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imthan sessiyasında operativliyi və şəffaflığı təmin etmək və yaranacaq mövcud halların aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.
O, Təhsil Nazirliyinin imtahanların gedişi ilə bağlı sorğu keçirdiyini tələbələrin diqqətinə çatdırıb. Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini, eləcə də neqativ halların baş vermədiyini nazirlik rəsmisinin nəzərinə çatdırıblar. Sonra sorğu anketi tələbələrə paylanıb.
Qeyd edək ki, sorğu anketində 20 sual yer alıb. Anketdə yay imtahan sessiyasında rüşvətxorluq halları, imtahanlar zamanı müəllimlər tərəfindən rüşvət tələb edilməsi, təhsilə münasibət və neqativ halların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi ilə bağlı məsələlər də öz əksini tapıb.
Xatırladaq ki, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları və “[email protected]” ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Oxşar yazılar

Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01