Yol polisi piyadalara qarşı reydlərə başladı
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadaların vurulmasının qarşısının alınması və vətəndaşlarda təhlükəsizlik davranışlarının vərdiş edilməsi ilə bağlı reydlərə başlayıb. Idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Lent.az-a verdiyi məlumata görə, reydlərə iyunun 11-dən start verilib və geridə qalan 2 gün ərzində paytaxtın 5 mərkəzi rayonunda 96 piyada saxlanılıb.
V.Əsədovun bildrdiyinə görə, reydlər daha çox yerüstü və yeraltı piyada keçidləri, həmçinin yolayrıclarında, insanların sıx olduğu ərazilərdə keçirilir. daha çox gənclərin və yaşlı qadınların qaydanı pozduğunu da bildiriən bölmə rəisi qeyd etdi ki, saxlanılan şəxslər yerindəcə məsuliyyətə cəlb olunur: “Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq protokol tərtib olunur və 10 manat cərimə kəsilir. Lakin əgər piyadanın günahı ucbatından yol nəqliyyat hadisəsi qeydə alınıbsa, həmin hadisənin ağırlıq dərəcəsindən asılı olaraq piyada cinyət məsuliyyətinə cəlb oluna bilər və barəsində Cinayət Məcəlləsinin 267-ci maddəsinə uyğun olaraq iş açıla bilər”.
Bu ilin yanvar ayından iyunun 10-dək Bakıda 650 piyadanın məsuliyyətə cəlb olunduğunu deyən V.Əsədov saxlanılan zaman piyadadan şəxsiyyətini təsdiq edən sıənəd-şəxsiyyət vəsiqəsi tələb olunduğunu vurğuladı: “Əgər saxlanılan şəxsin şəxsiyyət vəsiqəsi üzərində deyilsə həımin vətəndaş ən yaxın ərazidə yerləşən polis bölməsinə dəvət olunur və daxili portal vasitəsilə onun kimliyi müəyyənləşdirir”.
Qeyd edək ki, bu il ərzində Bakıda qeydə alınmış yol nəqliyyat hadisələrinin 49,8 faizi təyin olunmamış yerlərdən piyadaların keçməsi nəticəsində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadaları bir daha diqqətli olmağa keçidlərdən istifadə etməyə və təyin lunmuş yerlərdə yolu keçməyə çağırır.
Nizam RZA

Oxşar yazılar

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22