Ümumtəhsil məktəblərində 2 min müəllimə ehtiyac var
Azərbaycanın ümumtəhsil məktəblərində 2 minədək müəllimə ehtiyac var. Bunun 800-ə qədəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu yerlərdədir. Bu barədə APA-ya Təhsil Nazirliyinin Strateji Araşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. F.Qədirovun sözlərində görə, artıq bütün ölkə üzrə ümumtəhsil müəssisələrindəki vakant yerlər haqqında Təhsil Nazirliyinə məlumatlar göndərilib: “Bütün bölgələr və bütün fənlər üzrə vakant yerlər var: “Daha çox vakant yer Gədəbəy, İmişli, Şamaxı rayonlarındadır. Məktəblərdə əsasən fiziki tərbiyə, informatika, gənclərin çağırışa qədərki hazırlığı, kimya, biologiya, Azərbaycan dili, ədəbiyyat, xarici dil fənləri üzrə müəllimlərə ehtiyac var”.
Şöbə müdiri bildirib ki, İyulun 1-dək 15-dək Təhsil Nazirliyi tərəfindən vakant yerlər haqqında elanlar veriləcək və müəllimlərdən elektron ərizələrin qəbuluna başlanılacaq.
Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə start veriləcək: “Müəllimlər üç mərhələli müsabiqədə iştirak edəcəklər. Birinci mərhələdə onların elektron ərizələrində göstərdikləri bilikləri qiymətləndiriləcək. İkinci mərhələdə imtahanlar keçiriləcək. Üçüncü mərhələdə isə müəllimlərlə müsahibələr aparılacaq. Bu üç mərhələnin yekununda onların hər biri hansı məktəbə işə qəbul edildiklərini biləcəklər”.
F.Qədirov onu da qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə elanlarda həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu yerlər haqqında xüsusi məlumatlar veriləcək.

Oxşar yazılar
Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33