“Azərbaycanda 1802 məscid, 10 kilsə, 6 sinaqoq var”
Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun "Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçirilən Ombudsmanların IX Beynəlxalq Bakı Konfransındakı məruzəsində məlumat verilib. Məruzədə bildirilib ki, hesablamalara görə, Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir.
Məruzədə bildirilir ki, Azərbaycanda məskunlaşmış yəhudilərə bütün dövrlərdə münasibət birmənalı olaraq yaxşı olub: “Quba rayonunun “Qırmızı” qəsəbəsi İsraildən sonra yəhudilərin kompakt halda yaşadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət göstərir. Hazırda Dövlət Komitəsində qeydiyyatdan keçmiş 7 yəhudi dini icması fəaliyyət göstərir”.
Məruzədə xristianlığın Azərbaycanda tarixən aparıcı dinlərdən olduğu qeyd edilib: “Ölkədə 11 kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 katolik, Gəncə və Xaçmazda 1 pravoslav və digər kilsələr fəaliyyət göstərir”.
Məruzədə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayının 595 olduğu da bildirilib.
“2009-cu ilin aprel ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 534 dini qurum qeydiyyatdan keçib. Həmin il müvafiq qanunvericiliyə əlavə və dəyişiklik edildiyindən, dini qurumların yenidən qeydiyyata alınmasına başlanılıb. Qanunvericiliyə əlavə və dəyişiklik ediləndən indiyə qədər 512 dini icma qeydiyyatdan keçib” - deyə, məruzədə qeyd olunub.

Oxşar yazılar
Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33