Magistraturaya 7866 nəfər sənəd verib
7866 bakalavr magistraturaya qəbul proqramı və ixtisas seçərək təsdiqləyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 6809 nəfəri Azərbaycan bölməsinin, 1057 nəfəri isə rus bölməsinin məzunudur.
Bakalavrların 3724 nəfəri oğlan, 4142 nəfəri qızdır. 4936 nəfər ali təhsil müəssisələrini bu il, 2930 nəfər isə əvvəlki illər bitirib. Magistraturaya imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 19-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyirlər. Bakalavrlar 23 – 25 iyun müddətində öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. İmtahan iyunun 26-da səhər saat 14:00-da başlayacaq. Sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
Magistraturaya ayrılan yerlərin sayı isə 10,6 faiz artırılıb.
Ramiz MIKAYILOĞLU

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59