Misir Mərdanov: “Gürcüstan və Azərbaycan tarix və coğrafiya ilə bağlı birgə vəsait hazırlamalıdırlar”
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Misir Mərdanov Azərbaycan və gürcü xalqlarının dostluğundan, iki ölkə arasındakı əlaqələrdən, təhsil sahəsində mövcud olan əməkdaşlığın inkişaf istiqamətlərindən söz açıb.
Təhsil naziri Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklərin hazırlanması məsələsinə toxunub və azərbaycanlı mütəxəssislərin bu işdə yaxından iştirak etməsi təklifini irəli sürüb. Eyni zamanda Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərində aparılan əsaslı təmir və tikinti işlərinə lazımi köməklik göstərməyə hazır olduğunu qeyd edib. O, qonaqların bir neçə təhsil müəssisəsinə baş çəkməsini tövsiyə edib, onların ölkəmizin təhsil sistemi ilə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb.
Dmitri Şaşkin Gürcüstandakı Azərbaycan məktəblərinin maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışıb. O, Gürcüstanda bu il I-VI, gələn tədris ilində isə VII-XI siniflər üçün Azərbaycan dilində dərsliklərin hazırlanmasının nəzərə tutulduğunu söyləyib. Elm və təhsil naziri ölkəsindəki Azərbaycan məktəblərini bitirmiş məzunların Gürcüstanın ali məktəblərində təhsil alması üçün yaradılmış şəraitdən, müəyyən kvota və imtiyazlardan söz açıb. Görüşdə Gürcüstanda yerləşən Azərbaycan məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, gələcəkdə birgə fənn olimpiadalarının təşkil olunması, ölkəmizdə gürcü dilinin, Gürcüstanda isə Azərbaycan dilinin tədrisi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Misir Mərdanov Gürcüstanda Azərbaycan, Azərbaycanda isə gürcü tarixi və coğrafiyasının öyrənilməsi ilə bağlı birgə vəsaitin hazırlanması, orta məktəblərdə fakültativ kursların təşkil olunması ilə bağlı təklif irəli sürüb. Gürcüstanın elm və təhsil naziri isə öz növbəsində verilən təklifə münasibətini açıqlayıb, bu məsələyə dair lazımi addımlar atmağa hazır olduğunu və bununla bağlı komissiya yaradılacağını bildirib.
Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59