Doktorant və dissertantların informatika üzrə namizədlik imtahanları keçirilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları keçirilir. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 15-dən başlanan imtahanlar 16 iyul tarixinədək davam edəcək.
İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantlara internet və kompüterdən praktiki istifadə qabiliyyəti aşılanıb, elmi-tədqiqat işlərində innovativ nəticələrin əldə edilməsi üçün müasir informasiya texnologiyalarının üstünlüklərindən səmərəli istifadə, informasiya cəmiyyəti ideologiyasının mahiyyəti, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri haqqında ətraflı məlumat verilib.
İnformasiya Texnologiyaları İnstitutunun qabaqcıl texnologiyalarla təchiz edilmiş Tədris-İnnovasiya Mərkəzində elmi-tədqiqat, elmi-praktiki, o cümlədən tədris məsələlərində innovativ fəaliyyətin təşkili, distant tədrisin inkişafı məqsədilə modern texnologiyalar tətbiq edilir. Tədris prosesinin keyfiyyətli təşkili, effektiv nəticələrin əldə edilməsi, zəruri biliklərin ötürülməsində mühüm rol oynayan interaktiv lövhədən istifadə edilir. İmtahan prosesinin izlənilməsi üçün xüsusi kameralar və monitor quraşdırılıb.
Doktorant və dissertantlar üçün informatika fənni ilə bağlı imtahan 4 istiqamət - fizika, riyaziyyat və texnika elmləri, kimya, biologiya və tibb elmləri, yer, kənd təsərrüfatı və coğrafiya elmləri, ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə təşkil olunur.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40