Avtomobillərin texniki baxış proseduru sadələşdiriləcək
Azərbaycanda nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Lent.az-ın “anspress”ə istinadən məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazirin sözlərinə görə, nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi prosedurlarının sadələşdirilərək ən yeni texnologiyalar əsasında, qısa müddətdə təşkili, bu məqsədlə növbələrin elektron idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur.
Ramil Usubovun sözlərinə görə, dövlət yol polisi tərəfindən nəqliyyat vasitələrinin qeydiyyata alınması, sürücülük vəsiqələrinin verilməsi, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbulu prosedurunun da sadələşdirilməsi nəzərdə tutulur.
“Ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsi üçün bir sıra zəruri təşkilati tədbirlər görülüb və yaxın vaxtlarda bu prosedurun tətbiqinə də başlanılacaq”, - deyə o vurğulayıb.
Nazir bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə sanksiyalar sərtləşdirildikdən sonra ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Ramil Usubov sürücülərin intizamı və sürücülük mədəniyyətinin aşağı olmasından təəssüfləndiyini bildirib.
O qeyd edib ki, Baş Dövlət Yol Polis İdarəsində mərkəzləşdirilmiş elektron məlumat bazası yaradılıb. Bu informasiya resursu respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ şəkildə ətraflı məlumat almaq imkanı verir.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06