72 yaşlı abituriyent gənclərdən daha təpərli olub...
İyulun 3-də keçirilən III ixtisas qrupu üzrə imtahanlarda 72 yaşlı abituriyent bu il orta məktəbi bitirən və attestat alan məzunların əhəmiyyətli qismi ilə müqayisədə daha yüksək nəticə göstərib.
Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib. Məleykə Abbaszadə deyib ki, 72 yaşlı kişi 100 baldan yuxarı nəticə göstərib: “Ancaq bu il orta məktəbi bitirən, imtahan verərək attestat alan məzunların əhəmiyyətli qismi 0-100 bal arasında nəticə göstərib. 72 yaşlı insan ixtisas seçimi üçün lazım olan keçid balını toplaya bilməsə də, onun bu il attestat almış abituriyentlərdən daha yüksək nəticə göstərməsi diqqət çəkməyə bilməz”.
Qeyd edək ki, bu il ixtisas III qrupu üzrə keçid balı 250 baldır. 250-350 bal toplayan abituriyentlər pullu ixtisaslar seçə bilərlər. 350 bal və daha yüksək nəticə göstərənlərə isə dövlət sifarişli pulsuz ixtisaslar seçmək imkanı verilir.

Oxşar yazılar
Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59