
Bakının bir neçə rayonunda qeyri-qanuni tullantı sahələri aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və “Təmiz Şəhər” ASC tərəfindən yaradılmış İşçi Qrup bu istiqamətdə fəaliyyətini davam etdirir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin ekoloji mühafizəsi və sanitar təmizliyinin təmin edilməsi məqsədilə “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə yaradılan İşçi Qrupu tərəfindən son bir ayda paytaxtın Xəzər, Səbail, Binəqədi, Sabunçu və Suraxanı rayonları ərazisində keçirilən reydlər nəticəsində onlarla qeyri-qanuni tullantı sahələri aşkarlanıb.
Qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi barədə aidiyyəti qurumlara xəbərdarlıq edilib, müvafiq protokollar tərtib olunub və məcburi göstərişlər verilib. Eyni zamanda İşçi Qrup tərəfindən Bakı şəhərinin Suraxanı rayonunun 6 qəsəbəsində (Qaraçuxur, Əmircan, Bülbülə, Hövsan, Yeni Suraxanı, Zığ) keçirilmiş reydlər zamanı sahəsi 200 m2 -dən böyük olan 12 qeyri-qanuni tullantı sahəsi aşkarlanıb. Bu ərazilərin də tez bir zamanda təmizlənməsi üçün aidiyyəti qurumlara xəbərdarlıq edilib və məcburi göstərişlər verilib.
Ümumiyyətlə, indiyədək İşçi Qrupun Bakı şəhərinin müxtəlif rayonlarında keçirdiyi reydlər nəticəsində qeydə alınmış sahəsi 200m2 böyük olan 116 qeyri-qanuni tullantı sahələrindən 23-ü təmizlənib, 60 min m3-dən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb.
Qeyd edək ki, “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları yalnız “Təmiz Şəhər” ASC-yə təhvil verilməlidir.
Oxşar yazılar

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22