Temperatur 39 dərəcəyə çatacaq
20 iyul 2011 00:00 (UTC +04:00)

Temperatur 39 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gün ərzində Abşeron yarımadasında zəif küləklər üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
# 423

Oxşar yazılar