Rusiyanın Tümen vilayətində 10 uşağın atası “dekret”ə (analıq məzuniyyətinə) çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, rusiyalı kişi ailənin doqquzuncu və onuncu övladı olan əkizlərə qayğı göstərmək üçün məzuniyyətə çıxıb.
2025-ci ildə Rusiyanın bu regionunda üç və daha çox uşağı olan çoxuşaqlı atalar arasında bir yarım yaşına qədər uşağa baxım üçün müavinət alanların sayı artıb. Söhbət 497 kişidən gedir.