190 manat birdəfəlik ödəmənin köçürülməsi başa çatdı - RƏSMİ
30 dekabr 2020 19:04 (UTC +04:00)

190 manat birdəfəlik ödəmənin köçürülməsi başa çatdı - RƏSMİ

4

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb.  

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət  aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.

Ümumilikdə 2020-ci ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 2211

Oxşar yazılar