Bakıda sağlamlıq mərkəzinin rəhbərini  işçisi döyüb öldürdü
11 iyul 2026 20:57 (UTC +04:00)

Bakıda sağlamlıq mərkəzinin rəhbərini işçisi döyüb öldürdü

0

Bakı şəhəri, Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri qətlə yetirilib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, qətlin iyulun 9-da münaqişə zəminində baş verdiyi bildirilir. 

Paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimli döyülüb, baş nahiyəsinə küt alətlə zərbələr vurulması nəticəsində ölüb. 

Daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində gölün kənarına atılıb.

Qətli törətməkdə şübhəli bilinən, sağlamlıq mərkəzinin işçisi, Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar