"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev  satılır - qiyməti inanılmazdır
11 iyul 2026 15:13 (UTC +04:00)

"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev satılır - qiyməti inanılmazdır

0

Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayalığın zirvəsində inşa edilən və qeyri-adi görünüşü ilə məşhurlaşan ev satışa çıxarılıb. Vaxtilə "Düyün Dərnək 2" filminin bəzi səhnələrinin çəkildiyi tikili üçün 30 milyon lirə qiymət müəyyən edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, evi illər əvvəl təqaüddə olan müəllimlər Bekir və Nermin Taştan cütlüyü inşa etdirib.

İstanbuldakı iş həyatını başa vurduqdan sonra sakit həyat sürmək istəyən cütlük Kemaliyeyə köçərək rayon mərkəzinə hakim mövqedə yerləşən qayalığın zirvəsində ev tikmək qərarına gəlib.

Evə yalnız 96 pilləkənlə qalxmaq mümkündür

Tikinti zamanı qum, sement və digər materiallar əvvəlcə insan və heyvanların köməyi ilə qayalığın ətəyinə daşınıb. Daha sonra isə primitiv kanat sistemi vasitəsilə zirvəyə çatdırılıb.

Təxminən iki il davam edən tikintidən sonra tamamlanan evə yalnız qayaya oyulmuş 96 pilləli pilləkənlə qalxmaq mümkündür.

Turistlərin maraq göstərdiyi məkan

Vadiyə və rayon yoluna panoramik mənzərəsi ilə seçilən ev zamanla Kemaliyenin rəmzlərindən birinə çevrilib. Buraya həm yerli, həm də xarici turistlər tez-tez baş çəkir və tikili rayonun ən çox fotoşəkil çəkilən məkanlarından biri hesab olunur.

Qeyri-adi memarlığı sayəsində ev kino və serial yaradıcılarının da diqqətini cəlb edib. Rejissor Səlcuq Aydəmirin çəkdiyi, Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin və Şinasi Yurtseverin rol aldığı "Düyün Dərnək 2" filminin bəzi səhnələri də məhz burada lentə alınıb.

Hazırda yay aylarını Kemaliyedə, qış aylarını isə İstanbulda keçirən Taştan ailəsi iyunun sonunda evi satışa çıxarıb. Rayonun simvollarından sayılan tikili üçün 30 milyon Türkiyə lirəsi qiymət müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar