Evliliyə hazırlaşan  məşhur müğənni aktrisa sevgilisi ilə  çimərlikdə
11 iyul 2026 19:09 (UTC +04:00)

Evliliyə hazırlaşan məşhur müğənni aktrisa sevgilisi ilə çimərlikdə

0

Evliliyə hazırlaşdıqları barədə şayiələr gəzən məşhur müğənni Oğuzhan Koç və aktrisa sevgilisi Hazal Subaşı yay tətilinə Çeşme Alaçatıda başlayıblar. Cütlüyün çimərlikdəki romantik anları kameralara düşsə də, hər kəsin gözü Oğuzhan Koçun qarın əzələlərinə dikilib. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gərgin bir mövsümdən sonra diqqətlərini Egey sahillərinə yönəldən Oğuzhan Koç və aktrisa sevgilisi Hazal Subaşı Alaçatıdakı bir çimərlikdə görünüblər. Günü öz kabinalarında dincələrək və günəşdən zövq alaraq keçirən cütlük çimərlik əyləncələri ilə diqqət çəkib. 

Günün ikinci yarısında sərinləmək üçün suya girən cütlük çimərlikdə paparassi kameralarına tuş gəlib. İkisi əl-ələ dənizə girərək romantik anlar yaşayıblar. 

Çimərlik fotolarında hər kəsin diqqətini çəkən detal Oğuzhan Koçun qarın əzələləri olub. Məşhur müğənninin formada olması sosial mediada da geniş müzakirə olunub. 

Uzun müddətdir münasibətdə olan və evliliyi ilə bağlı şayiələrin mövzusu olan Oğuzhan Koç bu iddialarla bağlı ilk işarəni bu yaxınlarda verib. Evlilik barədə soruşulduqda, Koç belə cavab verib: "Hazırda tətildəyik, tətili bitirək. Çox işləmişik, bir az fasilə verək. O, qışda, mən yayda işləyirəm; payızda görəcəyik, inşallah".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar