Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılır
13 aprel 2020 19:05 (UTC +04:00)

Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılır

0

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. "Azərmaş" Açıq Səhmdar Cəmiyyəti ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1282

Oxşar yazılar