Sərnişin sıxlığı təhlükəyə səbəb ola bilər - BNA
04 may 2020 17:14 (UTC +04:00)

Sərnişin sıxlığı təhlükəyə səbəb ola bilər - BNA

0

"Son günlərdə sərnişinlər xüsusi karantin rejiminə məsuliyyətsiz yanaşır. Bu da nəticə etibarı ilə beynəlxalq mediada, həm də ÜST tövsiyələrində deyildiyi kimi ikinci dalğanın olması ehtimalını yüksəldir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. 

Onun sözlərinə görə, son günlərdə sıxlıq müşahidə olunur: "Bu isə xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bir həftə əvvəlki nəqliyyat axını ilə bugünkü arasında 10-12 faiz artım müşahidə olunur". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2532

Oxşar yazılar