"Açıq mikrofon"da Zirə qəsəbəsi sahibkarlarının müraciətləri qeydə alındı 
07 oktyabr 2022 19:11 (UTC +04:00)

"Açıq mikrofon"da Zirə qəsəbəsi sahibkarlarının müraciətləri qeydə alındı 

"Bu  gün sayca 166-cı "Açıq mikrofon" aksiyası keçirilir. Bunların 42-i sahibkarlarla görüş olub. SOCAR “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcəkdir."

Lent.az xəbər verir ki, bunu qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov paytaxtın Zirə qəsəbəsində baş tutan "Səyyar qəbul otağı"nda sahibkarlarla görüşü zamanı bildirib. O,  həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.

Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Zirə qəsəbəsində də sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. "Açıq mikrofon" aksiyasına qatılan 10-dan çox sahibkar müraciətini səsləndirib.

Sahibkar Şükür Həsənov ona məxsus obyektin sayğacının nasaz olduğunu və bu səbəbdən sayğacın üzərindəki göstəricilərdən razı qalmadığını bildirib. Digər sahibkarların müraciəti isə debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı olub.Aksiyada səsləndirilən bəzi problemlərin baxılmasına qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2131

Oxşar yazılar

Baş prokuror Zaqatalada qəbul keçirəcək

Baş prokuror Zaqatalada qəbul keçirəcək

10 iyul 2025 , 10:59
Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim  işsiz qaldı

Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim işsiz qaldı

10 iyul 2025 , 10:51
I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

I və IV qrupların imtahan vaxtı AÇIQLANDI

10 iyul 2025 , 10:27
Bakının iki qəsəbəsinin qazı kəsilir

Bakının iki qəsəbəsinin qazı kəsilir

10 iyul 2025 , 09:57
Bakının bu qəsəbəsi işıqsız qalacaq

Bakının bu qəsəbəsi işıqsız qalacaq

10 iyul 2025 , 09:41
Tezliklə  arzularını reallaşdıracaq   BÜRCLƏR

Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR

10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

10 iyul 2025 , 08:20
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

9 iyul 2025 , 19:11