Ali məktəblərə qəbulda  DƏYİŞİKLİK   -  QƏRAR
14 mart 2022 21:09 (UTC +04:00)

Ali məktəblərə qəbulda DƏYİŞİKLİK - QƏRAR

0

Gələn il yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişəcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

Hazırda I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxildir.

Eyni zamanda I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3131

Oxşar yazılar