Azərbaycan onu Qırğızıstana təhvil verildi
24 iyun 2026 16:59 (UTC +04:00)

Azərbaycan onu Qırğızıstana təhvil verildi

0

27 yaşlı Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğız Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar