Yeni Zelandiya maralı
03 may 2021 12:45 (UTC +04:00)

Yeni Zelandiya maralı

Alimpaşanın maralları Yeni Zelandiyadan gətirilib - Ov biznesi üçündü...

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Alimpaşa Məmmədovun üzə çıxan maral ferması ilə bağlı maraqlı faktlar məlum olub.

Lent.az-ın məlumatına görə, keçmiş başçının fermasında saxlanılanlar xallı maral cinsinə aiddir.

Redaksiyaya daxil olan məlumata görə, bu marallar Yeni Zelandiyadan gətirilib. 

"Göründüyü kimi cavan olduqları üçün buynuz da çıxarmayıblar. Bu marallar əsasən ovçuluq biznesi üçündür. Onlar xüsusi fermalar da yetişdirilir. Sabiq başçının ferması da bu tiplidi və bu məqsəd üçün yaradılıb", - deyə mənbə bildirib.

# 4581
avatar

Oxşar yazılar