Bu içki sağlamlığınız üçün  TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ
08 iyul 2026 15:14 (UTC +04:00)

Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ

0

Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssis bildirib ki, özü də dörd əsas vərdişdən və məhsuldan uzaq durur. Bunlar siqaret, spirtli içkilər, şəkərli qazlı içkilər, eləcə də ağ undan hazırlanan çörək və makaron məhsullarıdır.

Siqaret ən böyük təhlükədir

Ceremi Londonun sözlərinə görə, siqaret insanın sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. O bildirib ki, siqaret ağciyərləri zədələyir, xərçəng riskini artırır, həmçinin infarkt və insult ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir.

Alkoqol da ürəyə zərər verir

Kardioloq siyahıda ikinci yerdə spirtli içkiləri göstərib. Onun fikrincə, alkoqol orqanizmdə demək olar ki, bütün hüceyrələrə zəhərli təsir göstərir.

Ən təhlükəli içki şəkərli qazlı içkilərdir

Ceremi Londonun ən sərt tənqidi isə şəkərli qazlı və digər şirin sərinləşdirici içkilərə yönəlib. O hesab edir ki, insanlar bu içkilərdən tamamilə imtina etməlidirlər. Kardioloqun sözlərinə görə, əsas problem insanların fərqinə varmadan çox miqdarda şəkər və kalori qəbul etməsidir.

Araşdırmalar göstərir ki, ABŞ-də insanlar təkcə şəkərli içkilər hesabına gündə orta hesabla 200 kaloridən çox enerji qəbul edirlər. Bu göstərici 1965-ci illə müqayisədə təxminən dörd dəfə artıb.

Ürək və qan damarlarına mənfi təsir göstərir

Mütəxəssis bildirib ki, yüksək şəkər və kaloriyə malik içkilər artıq çəki, qanda şəkərin yüksəlməsi və ürək-damar xəstəliklərinin inkişafı ilə sıx əlaqəlidir. Onun sözlərinə görə, orqanizm maye şəklində qəbul edilən kaloriləri bərk qidalar kimi qəbul etmir. Buna görə də insan toxluq hiss etmədən artıq kalori qəbul edir, bu isə qaraciyər və mədəaltı vəzə əlavə yük yaradır.

Sağlam qidalanma əsas şərtdir

Ceremi London vurğulayıb ki, bədən çəkisinin idarə olunmasında əsas rol qidalanmaya məxsusdur. Onun fikrincə, nəticənin təxminən 80 faizi düzgün qidalanmadan, 20 faizi isə fiziki aktivlikdən asılıdır. Kardioloq qeyd edib ki, sağlam olmayan qidalanmanın mənfi təsirlərini yalnız idman etməklə aradan qaldırmaq mümkün deyil. Buna görə də ürək sağlamlığını qorumaq üçün ilk növbədə gündəlik qidalanma vərdişlərini dəyişmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar