Zaqatalada çay sahilində  köməksiz qalan qoruq əməkdaşı  xilas olundu -  YENİLƏNİB   -  VİDEO
08 iyul 2026 17:20 (UTC +04:00)

Zaqatalada çay sahilində köməksiz qalan qoruq əməkdaşı xilas olundu - YENİLƏNİB - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Lent.az-a, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib.

Zaqatala sakini Katex çayının kənarında sel basan ərazidə köməksiz qalıb.

***

16:49

Lent.az APA-ya istinadla xəbər verir ki, həmin şəxsin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşı Ramil Asxabov olduğu bildirilib.

Katex çayının kənarında sel basan ərazidə köməksiz qalan kişini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar