Anasının imtina etdiyi qolsuz uşaq  dövlətin himayəsinə verildi
10 sentyabr 2026 14:07 (UTC +04:00)

Anasının imtina etdiyi qolsuz uşaq dövlətin himayəsinə verildi

0

Hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.

Bu barədə Sabunçu Tibb Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

"İyunun 27-də saat 00:40-da 41 yaşlı hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, iyunun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı sentyabrın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar