“Ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb”.
Lent.az-ın xəbərinə görə, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir: “Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib”.