Azərbaycanda bu televiziyanın yayımı dayandırılacaq
27 aprel 2022 18:15 (UTC +04:00)

Azərbaycanda bu televiziyanın yayımı dayandırılacaq

Audiovizual Şuranın iclası keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, iclasda aprelin 15–25-də ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

“Space” televiziya yayımçısının efirində aprelin 23-də saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” qanunun 12.1.8-ci maddəsinin tələblərinin pozulması qeydə alınıb. Bu səbəbdən, "Media haqqında" qanunun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının mayın 5-də saat 08.00-dan 11.00-dək 3 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

# 3678
avatar

Oxşar yazılar