Azərbaycanda  ÇOVĞUN  olacaq -  XƏBƏRDARLIQ   - YENİLƏNİB
13 yanvar 2022 14:18 (UTC +04:00)

Azərbaycanda ÇOVĞUN olacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB

Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s, 13-dən 14-nə keçən gecə və 14-də səhər arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var.

14-ü günün ikinci yarısında küləyin 15-18 m/s olacağı, 14-ü axşamdan 15-i gündüzədək isə cənub-qərb küləyinə keçəcəyi, 15-20 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü axşamadək yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 13-ü axşamdan 16-dək şimal-qərb, qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Yağıntı 14-ü axşamadək davam edəcək.

Havanın minimal temperaturunun 14-dən 15-nə keçən gecə Mərkəzi aran rayonlarında 0-5° şaxta, dağlarda 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta olacağı gözlənilir.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

***

saat 13:29

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyinin güclü gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

# 11100
avatar

Oxşar yazılar