Azərbaycanda möcüzə kimi ağac:   1026 yaşı var, amma Çilidəkindən...
22 iyun 2022 17:00 (UTC +04:00)

Azərbaycanda möcüzə kimi ağac: 1026 yaşı var, amma Çilidəkindən...

Dünyanın ən yaşlı ağacı məlum olub.

Lent.a-ın xarici KİV-ə istinadən məlumatına görə, bu, Çilidə Pando meşəsindəki 5400 ildən çox yaşı olan sərv ağacıdır.

Məlumata görə,ölkənin Milli EKoloji Tədqiqatlar laboratoriyasının professoru Conatan Bariçiviç apardığı elmi araşdırmalar zamanı ağacın təxmini yaşını belə qiymətləndirib.

Azərbaycanda ən yaşlı ağac isə Oğuz şərinin şimalında yerləşən nəhəng çinardır. Lent.az-ın məlumatına görə, ağac haqqında hələ 1892- i ildə professor Mixail Bejanov öz məqaləsində yazırdı. Bejanovun hesablamalarına görə, ağacı kəsmədən, illik böyümə ölçüsünə əsasən bəzi düsturlar var ki, həmin onun yaşını təyin etmək mümkündür. 

O, 1892 ci ildə sözü gedən ağacın eninin 32 arşın, yəni 22,4 metr olduğunu yazır. (1arşın=0.70sm).

Bu zaman hesablama etdikdə, 2240sm/ 2,5 = 896 alınır. Yəni bu ağacın 1892 ci ildə, 896 yaşı olub, Hal hazırda isə 1026 yaşı var. Təəssüf ki ildırım ağacın gövdəsini parçaladığı üçün hazırda dəqiq ölçmə aparmaq mümkün deyil.

# 3069
avatar

Səbuhi Sədəf

Oxşar yazılar