Azərbaycanda RƏZALƏT:   ata iki qızını bir direktora ərə vermək istədi
15 sentyabr 2022 17:50 (UTC +04:00)

Azərbaycanda RƏZALƏT: ata iki qızını bir direktora ərə vermək istədi

Yardımlıda qadını bacısının əri ilə evlənməyə məcbur ediblər.

Lent.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib:

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin – ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”.

Eyni zamanda M. Zeynalova bildirib ki, Yardımlıdan polis əməkdaşı ona zəng vurub və sığınacaqda Yardımlıdan qadının olub-olmadığını soruşub:

“Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, polis deyib ki, qadın axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.

Mehriban Zeynalova qadının sığınacağa yerləşdirildiyini deyib:

“Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Həm uşağa, həm də qadına qida və ayaqqabı alıb və sığınacağa istiqamətləndirib”.

# 5016
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45