Azərbaycanın bəzi yerlərində leysan yağacaq, şimşək çaxacaq
01 oktyabr 2023 12:57 (UTC +04:00)

Azərbaycanın bəzi yerlərində leysan yağacaq, şimşək çaxacaq

Oktyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz  23-28° isti olacaq. Atmosfer təzyiqi  755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6198
avatar

Oxşar yazılar