“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO
25 noyabr 2022 23:07 (UTC +04:00)

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Bu ilin əvvəlində dövri yoxlama müddəti bitən qaz sayğaclarının sayı 650 minə yaxın olub. Artıq 250 min qaz sayğacı əvəz olunaraq dövlət yoxlamasına göndərilib.” 

Lent.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında bildirib. Qurum rəsmisi qeyd edib ki, bu il qaz sayğacında kənar müdaxilə hallarında xeyli azalmalar müşahidə olunub ki, bu da sevindirici haldır. “2020-ci ildə 13 000, 2021-ci ildə 20 800, bu il isə 8 900 ədəd çıxarılan qaz sayğaclarında kənar müdaxilə halları aşkarlanıb. Demək olar ki, iki dəfə azalıb. Eyni zamanda, ötən ildən başlayaraq qaz sayğaclarının şəffaf qutularda yerləşdirilməsi həyata keçirilir. Bu şəffaf qutular həm zərbəyə davamlıdır, həm də sayğacın kənar müdaxilədən qorunmasını təmin edilir. Şəffaf qutu quraşdırıldıqdan sonra hər iki hissədən möhürlənir. Bu işlərin nəticəsində ötən ildən artıq qaz sayğaclarına olan müdaxilələr ciddi şəkildə azalıb”, - deyə şöbə rəisi qeyd edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cari ilin yanvar-oktyabr aylarını əhatə edən bir sıra statistik məlumatları media nümayəndələrinin diqqətinə çatdırıb. Aparılan qazlaşma işlərindən söz açan qurum rəsmisi artıq 14 kənd və 38 yaşayış massivində işlərin tam yekunlaşdığını, 39 kənd və 23 yaşayış massivində isə tamamlanma işlərinin həyata keçirildiyini vurğulayıb. Şöbə rəisi görüş zamanı əhali istehlakçılarının 58,8 faizinin üçpilləli tarif sisteminin ilkin pilləsini, yəni 1200 m3 limitini keçmədiyini bildirib: “Bu da 1 milyon 441 min abonent deməkdir. Düşünürəm ki, bu, kifayət qədər normal rəqəmdir və ötən illə müqayisədə ciddi bir fərq var.”
Ətraflı video materialda:
 

# 1929
avatar

Oxşar yazılar