“Azəriqaz” sahibkarlarla növbəti görüşü Gəncədə keçirəcək
04 dekabr 2023 21:00 (UTC +04:00)

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Gəncədə keçirəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

Aksiya Füzuli Parkında baş tutacaq. “Səyyar qəbul otağı” dekabrın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3513
avatar

Oxşar yazılar