Bakı Psixologiya Mərkəzi və №1 Çörək Zavodu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu əməkdaşlıq çərçivəsində zavod əməkdaşlarının psixoloji rifahının dəstəklənməsi, motivasiyanın artırılması və sağlam iş mühitinin formalaşdırılması məqsədilə birgə təlimlər həyata keçiriləcək.
Proqram liderlik, emosional zəka, effektiv ünsiyyət, müştəri yönümlülük və etik davranış kimi mövzuları əhatə edir.
İmzalanma mərasimindən sonra qonaqlar Bakı Psixologiya Mərkəzinin fəaliyyət istiqamətləri ilə tanış olub, terapiya otaqlarını ziyarət ediblər. Xüsusilə uşaqlarla işləmədə mühüm yer tutan qum terapiyası otağı qonaqların xüsusi marağına səbəb olub.
Bakı Psixologiya Mərkəzi olaraq, korporativ tərəfdaşlarımızın insan resurslarına dəyər qatmaqdan və iş mühitində psixoloji sağlamlığı gücləndirməkdən məmnunuq.