Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNİB
04 yanvar 2021 20:16 (UTC +04:00)

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNİB

Bakı-Sumqayıt qatarında texniki nasazlıq səbəbindən qatar mənzil başına təxminən 40 dəqiqə gecikib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsindən APA-ya verilən məlumata görə, hazırda nasazlıq aradan qaldırılıb və qatar yola salınıb. 

Hadisə ilə əlaqədar saat 18:50-də Bakıdan Sumqayıta yola düşməli olan növbəti qatarın  hərəkət qrafiki dəyişib. 

***

18:27

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb. 

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, “Zabrat-2” stansiyasını keçəndən sonra qatar dayanıb. 

İlkin məlumata görə, buna səbəb kontakt şəbəkədə yaranan texniki nasazlıqdır. 

Hazırda nasazlığın aradan qaldırılması üçün tədbir görülür. 

# 2250
avatar

Oxşar yazılar