Bakıda ailə evindən çıxarıldı -  Uşaqları küçədə dərs oxuyur  - VİDEO
18 oktyabr 2025 15:10 (UTC +04:00)

Bakıda ailə evindən çıxarıldı - Uşaqları küçədə dərs oxuyur - VİDEO

1

Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsi artıq dörd gündür küçədə qalır.

Lent.az xəbər verir ki, şikayətçi iddiasında 25 ildir sözügedən ünvanda yaşadığını qeyd edib.

Onun sözlərinə görə, evin bir hissəsinin sənədləri tam qaydasında olmasa da, bu günə qədər onlara heç bir xəbərdarlıq və ya tələbnamə təqdim edilməyib.

Qadın xəstə valideynləri və körpə övladları ilə dörd gündür küçədə qaldıqlarını, heç bir qurumun vəziyyətləri ilə maraqlanmadığını bildirib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edildiyi qeyd olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 7 ünvanında birotaqlı, yaşayış sahəsi 10.0 kv.m olan xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova mənzilinə bitişik sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt edib.

Onun sözlərinə görə, həmin şəxs zəbt etdiyi qeyri-yaşayış sahəsindən məhkəmə qərarı ilə çıxarılıb:

“Hazırda həmin şəxs müvafiq qərar olmasına baxmayaraq, mübahisəni davam etdirir, əsassız tələblər irəli sürür. Aidiyyəti üzrə araşdırmalar davam etdirilir, həmin şəxslə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür”.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 372

Oxşar yazılar