Bakıda bir neçə gün güclü külək olacaq - XƏBƏRDARLIQ
09 noyabr 2021 13:03 (UTC +04:00)

Bakıda bir neçə gün güclü külək olacaq - XƏBƏRDARLIQ

Noyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa görə, noyabrın 10-u gündüzdən 12-dək Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun ötən günlərlə müqayisədə xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7677
avatar

Oxşar yazılar

Sabah  çimərliklərdə gözlənilən   hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

16 iyul 2024 , 14:44
Təqaüdçülərə ŞAD XƏBƏR:  pensiyalar bu tarixdən ödəniləcək

Təqaüdçülərə ŞAD XƏBƏR: pensiyalar bu tarixdən ödəniləcək

16 iyul 2024 , 14:36
Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

Meteohəssas insanlara hava XƏBƏRDARLIĞI

16 iyul 2024 , 13:39
Leysan yağacaq, sel gələcək  - HAVA XƏBƏRDARLIĞI

Leysan yağacaq, sel gələcək - HAVA XƏBƏRDARLIĞI

16 iyul 2024 , 12:48
Bakıda qrilin içindən qurd çıxdı

Bakıda qrilin içindən qurd çıxdı

16 iyul 2024 , 12:34
Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

Dünən həlak olan hərbçimiz Zaqatalada dəfn edildi - FOTOLENT

16 iyul 2024 , 12:30
Leysan yağacaq, dolu düşəcək  - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

16 iyul 2024 , 12:21
Bakı metrosunda qatarlar yubandı

Bakı metrosunda qatarlar yubandı

16 iyul 2024 , 09:17