Yasamal rayonu, 20 Yanvar metrostansiyası ərazisində, “Melissa Group” yaşayış kompleksinə yaxın yerdə yaşayan falçının həyətindəki növbə sosial şəbəkələrdə marağa səbəb olub.
Lent.az xəbər verir ki, paylaşım həmin ərazidə yaşayan şəxslərdən biri tərəfindən edilib.
Sakin bildirir ki, seyidin qapısında həftənin müəyyən günü kişilər, digər günləri isə qadınlar toplaşır. Toplaşma saatı isə adətən səhər saat 9-10 arası müşahidə olunur.