İki "Qızıl top" mükafatı alan futbolçuya xərçəng diaqnozu  qoyuldu
08 yanvar 2026 18:04 (UTC +04:00)

İki "Qızıl top" mükafatı alan futbolçuya xərçəng diaqnozu qoyuldu

0

İkiqat "Qızıl top" mükafatı sahibi Kevin Kiqana xərçəng diaqnozu qoyulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə "Nyukasl Yunayted" futbol klubunun rəsmi saytında məlumat yayılıb.

Klubun açıqlamasında bildirilir: "Kevin Kiqan bu yaxınlarda davamlı qarın əlamətləri səbəbindən əlavə müayinə üçün xəstəxanaya yerləşdirilib. Bu müayinələrdən sonra həkimlər xərçəng diaqnozu qoyublar. Kevin müalicə alacaq. O, təcili müdaxilə və göstərdikləri qayğıya görə tibb heyətinə minnətdardır. Bu çətin dövrdə ailə məxfilik istəyir və əlavə şərh verməyəcək".

74 yaşlı Kiqan Almaniyanın “Hamburq” klubunda oynayarkən ardıcıl iki dəfə (1978, 1979) "Qızıl top" mükafatını qazanıb. O, bu mükafatı iki dəfə qazanan yeganə ingilisdir.

Kiqan həmçinin “Nyukasl”, “Liverpul”, “Skantorp Yunayted”, “Sauthempton” və Avstraliyanın “Blektaun Siti” klublarında da oynayıb.

O, üç dəfə İngiltərə çempionatını, iki dəfə İngiltərə Super Kubokunu və UEFA Kubokunu qazanaraq "Liverpul"da böyük uğurlar qazanıb, eyni zamanda ölkə kubokunun və Avropa Kubokunun qalibi olub. İngilis məşqçi “Hamburq”la Almaniya çempionluğunu və Almaniya Kubokunu qazanıb.

Məşqçi kimi Kiqan “Nyukasl”, “Fulhem”, “Mançester Yunayted” və İngiltərə milli komandasına rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1502

Oxşar yazılar