Bakıda məktəbdə İNSİDENT:  mühafizəçi şagirdi döydü - ŞOK VİDEO  - YENİLƏNİB
11 iyun 2024 14:30 (UTC +04:00)

Bakıda məktəbdə İNSİDENT: mühafizəçi şagirdi döydü - ŞOK VİDEO - YENİLƏNİB

Bakıda məktəbdə baş verən insidentlə bağlı araşdırmala başlanıb.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

İnsident baş verən məktəbdən verilən məlumata görə, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:

"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".

***

saat 13:49

Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

Lent.az-ın məlumatına görə, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini yolun ortasında döyüb.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Videonu təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6900
avatar

Oxşar yazılar