Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Nazirlikdən açıqlama
23 oktyabr 2025 11:36 (UTC +04:00)

Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Nazirlikdən açıqlama

0

Bakıda tələbənin dabaq xəstəliyinə yoluxması ilə bağlı iddialar dolaşır.

Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə “Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması” ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı  insanlar arasında yoluxma faktı aşkarlanmayıb. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 790

Oxşar yazılar